Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard ABŞ dollarını keçib.
KONKRET.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında – “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsin III oxunuşda müzakirəsi zamanı bildirib.
“İnanıram ki, bu göstərici getdikcə artacaq. Yekdil rəy odur ki, 2024-cü il Azərbaycan üçün uğurlu il olub, makro-iqtisadi və makro-puredensial siyasət, dövlət proqramları, o cümlədən “Böyük qayıdış” proqramı uğurla icra edilib, 15 mindən çox vətəndaşımız doğma yurdunda məskunlaşmağa başlayıb, sosial rifah məsələləri həll edilib, ölkəmizin müdafiə qabiliyyəti artırılıb”, – deyə o qeyd edib.