Sahil Babayevdən 450 milyon manat…backend

Sahil Babayevdən 450 milyon manat... 

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Nazirlikdən KONKRET.az-a bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 450 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7 faiz ortaçəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*