Sahil Babayevdən yeni təyinatbackend

Sahil Babayevdən yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinə müşavir təyin edilib. 

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Hüseynzadə Həmid Vəli oğlu qurumun İdarə Heyətinin sədri Anar Bayramovun müşaviri təyin olunub.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Həmid Hüseynzadə bundan əvvəl “SR Group Holdinq”də İT Departament Direktoru vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*