Xəbər verdiyimiz kimi, Sünik sakinlərinin yolu bağlayaraq Nikol Paşinyanın bölgəyə girməsinə mane olmağa çalışıb. Lakin Baş nazir bölgəyə daxil ola bilib.
KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın bölgəyə girməsinin qarşısını almaq üçün yolu bağlayan Sünik sakinləri başları üzərində vertolyotun hərəkət etdiyini müşahidə ediblər.
“Bu odur, başqa kim olacaq?! Üstümüzdən uçmaq istəyir”, – deyə sakinlər qışqıraraq “Nikol xaindir” şüarını səsləndirməyə başlayıblar.
“Onlar bölgələri üçün deyil, bütün Ermənistan naminə etiraz etdiklərini bildiriblər.
Hazırda Paşinyanın Sünik bölgəsinin yaşayış məntəqələrini ziyarət etdiyi və yerli sakinlərlə görüşdüyü bildirilir.