Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaqbackend

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Masallının üç yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

KONKRET.az xəbər verir ki, Masallı rayonunda yerləşən “Alvadı” QPS-dən qidalanan qaz xəttlərinin kipliyinin yoxlanılması məqsədilə Binə Xocavar, Çaxırlı və Şərəfə kəndləri daxil olmaqla, ümumilikdə 2 100 abonentin qaz təchizatının 10 sentyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Bundan əlavə, 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən, Astara rayonunun Ərçivan qəsəbəsində ŞQTM-500 markalı tənzimləyicinin və siyirtmənin quraşdırılması ilə əlaqədar olaraq, qəsəbədə ümumilikdə 320 abonentin qaz təchizatının 9 sentyabr saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*