Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldıbackend

Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədr müavinləri – Əvəz Qocayev və Hüsnü Quliyev vəzifələrindən kənarlaşdırılıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu addımın atılmasına səbəb sözügedən şəxslərin Dövlət Avtomobil Yolları Agentliyində fəaliyyəti dövrünün yoxlanılması ilə bağlıdır. Yoxlamalar AAYDA-nın sabiq rəhbəri Saleh Məmmədovun fəaliyyətinə də şamil olunub.

KONKRET.az xəbər verir ki, sözügedən şəxslərin və Saleh Məmmədovun AAYDA-da çalışan qohumlarının yaxın günlərdə tutduqları vəzifədən də azad olunacağı gözlənilir.

Qeyd edək ki, Əvəz Qocayev və Hüsnü Quliyev Saleh Məmmədovun əsas kadrları hesab olunurlar.

Xatırladaq ki, Vüsal Nəsirli 6 fevral 2026-cı ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin yeni sədri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*