Salyanda 63 yaşlı kişini güllələyən şəxs SAXLANILDIbackend

Salyanda 63 yaşlı kişini güllələyən şəxs SAXLANILDI

Salyan rayonunda 63 yaşlı kişini güllələyən şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, hadisə Salyan rayonunun Seyidsadıqlı kəndində baş verib.

Belə ki, həmin kənd sakini, Qismət Səmədov çöl quşları ovlayan zaman ehtiyatsızlıqdan ov tüfəngi ilə böyürtkən yığıb evə qayıdan həmkəndlisi, 63 yaşlı İsgəndər Tağıyevə xəsarət yetirib.

Qismət Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda 63 yaşlı kişi güllə yarası alıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü kənd sakini İsgəndər Tağıyev kənd ərazisindəki sahədə böyürtkən yığırmış. Bu zaman naməlum istiqamətdən açılan güllənin qırmaları onun gözünə və bədəninin bir neçə nahiyəsinə dəyib.

O, kənd sakinlərinin köməyi ilə rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada dərhal yaralıya cərrahi müdaxilə olunub, həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, kənd sakinlərinin sözlərinə görə, İsgəndər Tağıyev heç kimlə mübahisəsi olmayan zəhmətkeş şəxsdir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*