Şamaxıda iki avtomobil toqquşdu – 3 nəfər xəsarət aldıbackend

Şamaxıda iki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində Qəbələ sakinləri – 1986-cı il təvəllüdlü Məmmədov Emin Eldar oğlu, 1994-cü il təvəllüdlü Nəsirli Pünhan İslam oğlu, Oğuz sakini, 2004-cü il təvəllüdlü Mirzəbəyov Şamil Qiyas oğlu xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*