Saməddin Məmmədov tərəfindən döyüldüyünü deyən şəxsdən AÇIQLAMAbackend

Saməddin Məmmədov tərəfindən döyüldüyünü deyən şəxsdən AÇIQLAMA

Sentyabrın 27-də Cəlilabad rayon Şəhidlər Xiyabanında özünü bloqer kimi təqdim edən Saməddin Məmmədov tərəfindən döyüldüyünü bildirən Elşən Cəfərov açıqlama verib.

KONKRET.az-ın məlumatına görə, E.Cəfərov qeyd edib ki, son günlər sosial şəbəkələrdə onun fotolarını yayıb təhqir yazırlar: “Sentyabrın 25-i saat 22:25-də Saməddin Məmmədov mənə zəng edərək ölümlə hədələdi. Həmin vaxt Daxili İşlər Nazirliyinin 102 çağrı zəng mərkəzinə məlumat verdim və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları izahat aldılar.

Saməddin Məmmədovun oğlu Nahid Məmmədov və bacısı oğlu sentyabrın 27-də məni şəhidlərin anım tədbiri keçirilən zaman Cəlilabad rayonunda yerləşən Şəhidlər xiyabanının qarşısında döyərək ağır xəsarətlər yetiriblər.

Fotoda: Saməddin Məmmədov

Hadisə şahidləri məni Cəlilabad xəstəxanasına çatdırıblar. Xəstəxanadan rayon Polis Şöbəsinə məlumat verilib, ora hüquq-mühafizə əməkdaşları gəlib. Hadisə araşdırılır. Odur ki, hər kəsdən xahiş edirəm araşdırmadan, bilmədən yazmayın. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs etdiyi əmələ görə cavab verir”.

Rəsmi açıqlamaya görə, faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb və Saleh Məmmədov barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilib./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*