“Saməddin Məmmədov törətdiyi konkret əmələ görə tutulub” – DİN-dən AÇIQLAMAbackend

"Saməddin Məmmədov törətdiyi konkret əmələ görə tutulub" - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda həbs edilən Saməddin Məmmədovun blogerlik fəaliyyətinə və siyasi baxışlarına görə saxlanılması ilə bağlı ailə üzvlərinin iddialarına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki,  Saməddin Məmmədov törətdiyi konkret əmələ görə məsuliyyətə cəlb olunub:

“Sentyabrın 27-də Saməddin Məmmədov, oğlu Nahid və bacısı oğlu birlikdə Cəlilabad rayonundakı Şəhidlər Xiyabanının qarşısında rayon sakini Elşən Cəfərova qarşı heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri törədiblər. Saleh Məmmədov isə bu zaman Elşən Cəfərovu vuraraq ona bədən xəsarəti yetirib. Vətəndaşın müraciəti əsasında dərhal cinayət işi qaldırılıb və Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 127.2.3 (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə haqqında həbs-qətimkan tədbiri seçilib”.

Ehsan Zahidovun sözlərinə görə, Saməddin Məmmədov daha öncə də başqa bir əmələ görə məhkumluq həyatı yaşayıb:

“Onu da qeyd edim ki, Saməddin Məmmədov 2005-ci ildə törətdiyi ağır cinayətlərə görə 8 il məhkumluq həyatı yaşayıb. Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq), 234.4.1-ci (mütəşəkkil dəstə tərəfindən narkotik dövrioyyəsi), 234.4.3-cü (narkotik satışı) maddələrinə görə məhkum olunub. Amma görünən odur ki, islah olmayıb. Yəni onun blogerlik fəaliyyətinin və siyasi baxışının bu məsələyə heç bir adiyyatı yoxdur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*