Samirə Əfəndi Akif Nağıdan məhkəməyə şikayət edəcəkbackend

Samirə Əfəndi Akif Nağıdan məhkəməyə şikayət edəcək

Avroviziya təmsilçimiz Samirə Əfəndi onu təhqir edən Azad Vətən Partiyasının sədri Akif Nağıdan məhkəməyə şikayət edəcək.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində məlumat yayıb.

Müğənni vəkilinin bununla bağlı hüquqi işlərə başladığını bildirib.

Xatırladaq ki, Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı müğənni Samirə Əfəndiyə divan tutmağa çağırış edib.

Siyasətçi sosial şəbəkə hesabında müğənni haqqında sərt ifadələr işlədib.

Qazaxıstanın Astana şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal, 12 bal verib. Bu isə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Nəticələr elan olunarkən Samirə Əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə müzakirələrin daha da qızışmasına gətirib çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*