Samirə Kazımovaya yüksək vəzifə verildibackend

Samirə Kazımovaya yüksək vəzifə verildi

Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı həyata keçirilib.

KONKRET.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, bu vəzifəyə Samirə Kazımova təyin edilib.

S.Kazımova buna qədər Şəmkir Rayon Mərkəzi Xəstənasının tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub.

Qeyd edək ki, Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları da daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*