Samuxda fermada çoban həmkarını bıçaqladıbackend

Samuxda fermada çoban həmkarını bıçaqladı

Samux rayonunda fermada çoban həmkarını bıçaqlayıb.

KONKRET.az-ın məlumatına görə, hadisə yanvarın 28-i saat 19 radələrində rayonun Qarabağlar kəndində yerləşən fermada qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Əkbərov çoban kimi işlədiyi fermada onunla birlikdə çalışan, 1987-ci il təvəllüdlü Elçin Süleymanova aralarında yaranan şəxsi münasibətlər zəminində qarın nahiyyəsindən bir bıçaq zərbəsi vurub.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib və onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*