Samuxda gənc oğlan bıçaqlandıbackend

Samuxda gənc oğlan bıçaqlandı

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Sadıqov Xaliq Salam oğlu kütləvi dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol çiyin nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır. /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*