Samuxda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildibackend

Samuxda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlyas İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KOMKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib.

Qeyd: Hadisə 2021-ci ilin avqust ayının 31-də Samux rayonunun Ziyadlı kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İlyas İsmayılov, həmkəndlisi, 1991-ci il təvəllüdlü İsgəndər Alıxanovu mübahisə zəminində doşqəfəsindən bıçaqlayıb.

Daha sonra İlyas İsmayılov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*