Samuxda söyüş üstündə həmyerlisini bıçaqlayan şəxsə hökm oxundubackend

Samuxda söyüş üstündə həmyerlisini bıçaqlayan şəxsə hökm oxundu

Samux rayonunda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Allahverdi Yusibova hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az-ın məlumatına görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2021-ci il iyulun 27-də Samux rayonunun Hacıalılı kəndi ərazisində yerləşən “İstisu” adlanan subartezian quyusunun yaxınlığında qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü A.Yusibov şəxsi münasibətlər zəminində rayonun Lək kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Qənbərovu bıçaqlayıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törətməkdə şübhəli bilinən A.Yusibov Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə iclasında dindirilən A.Yusibov özünü təqsirli bildiyini deyib. O ifadəsində deyib ki, hadisə söyüş üstündə olub.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*