Samvel Oqanesyan: “Niyə Rusiyada “nöqtə”ni qınayır, amma “nida” barədə susurlar?”backend

Samvel Oqanesyan: “Niyə Rusiyada "nöqtə"ni qınayır, amma "nida" barədə susurlar?”

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidəki məşhur nitqi bu gün Ermənistanda sözün əsl mənasında şok effekti yaradıb. Əksər erməni yazarları, jurnalistlər, siyasi analitik və politoloqlar məhz Vladimir Putinin qarşısında və üstəgəl Rusiyada Azərbaycanın Ali Baş Komandanının bu sərt bəyanatından sarsılıb.

Samvel Oqanesyan, Qaqik Abramyan, Tevos Arşakyan və başqaları Rusiya hakim elitasının Ermənistana getdikcə artan mənfi münasibətini vurğulayaraq qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfinin fəallığına Ermənistanın strateji müttəfiqi olan Rusiyadan heç bir reaksiya verilmir. Bu isə çox mətləblərdən xəbər verir. Samvel Oqanesyan Ermənistan prezidenti Armen Sarkisyanın Rusiya Erməniləri Şurasının sədri Ara Abrahamyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünə diqqət çəkərək yazır ki, “A.Sarkisyan erməniləri tarixi vətənlərini sevməyə çağırdı. Bundan əlavə, prezident diqqətəlayiq bir söz söylədi: “Tarixi vətəninizi nə qədər çox sevsəniz, Rusiya Federasiyası üçün bir o qədər yaxşı vətəndaş olacaqsınız”.

Jurnalist hesab edir ki, bu ifadəyə Rusiyadakı erməni və ya rus pasportu daşıyan həmvətənlərimizin ünsiyyətdən əziyyət çəkdiyi bir çox rus millətçisi bir qədər başqa şəkildə qoşula bilər. Yəni Ermənistanınızı sevirsinizsə, onda yolunuz açıq olsun, gedin öz vətəninizə. Yəni beş milyonluq Ermənistanı xəyal edənlərin maraqları qəribə bir şəkildə Rusiyanı ermənilərsiz görmək istəyənlərin maraqları ilə üststə düşür”.

Erməni yazar düşünür ki, bu gün Rusiya Ermənistana müntəzəm iqtisadi, ilk növbədə təbii qazın qiymətləri ilə bağlı təzyilqər edir: Rusiyanın Azərbaycanı və Türkiyəni silahla təmin etməsi sərfəlidirmi? Əlbəttə, sərfəlidir! Bizim üçün sərfəlidirmi? Hətta bunu düşünmək belə istəmirəm!

“Məxməri” inqilab Ermənistan üçün yaxşı idimi? Bütün qeyri-müəyyənliklərə rəğmən, meydan populizm elementlərinə, yüksək gözləntilərinə, primitivliyinə və maddi praqmatizminə görə, indi isə gördüyümüz kimi, yarımçılığına görə ötən ilin bahar inqilabı Sarkisyanın və Köçəryanın xalq əleyhinə rejimini ləğv edərək Ermənistanı canlandırdı. Kremlin dəhlizlərində bu inqilaba sevindilərmi? Məncə, cavab məlumdur”.

Nəhayət Oqanesyan əsas mətləbə gəlir:

– “Rusiya Xarici İşlər naziri Sergey Lavrov Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır, və nöqtə”, – deyərkən səhv etdiyini bildirdi. Sən demə bu cür açıqlamalar, “siyasi prosesin yenidən başlaması üçün uyğun bir atmosferin meydana gəlməsinə kömək etmir”. Bilirsiniz, Alaverdi zavodundakı atmosferdən narahat olmalısınız, ancaq Qarabağda icma yaşayır, təhlükə içində olan konkret insanlar yaşayır. Onları qoruya biləcək yeganə qurum isə ordumuzdur!

Ən təəccüblüsü odur ki, nə Lavrov, nə Zaxarova, nə də Valday Forumunun təşkilatçıları prezident İlham Əliyevin dediklərini hətta yumşaltmağa belə çalışmadılar, Əliyev isə daha böyük auditoriyaya eşitdirməklə Qarabağla bağlı iddialarında NİDA işarəsindən istifadə etdi.

İndi biz Rusiyanın və onun elitasının davranışından məmnun olduğumuzu söyləyə bilərikmi?

Milli ləyaqətini itirməyən rus ermənisi tarixi vətəninə və bu xalqın sadəcə təhlükəsiz bir həyat hüququna ədalətsiz münasibəti gördükdə nə etməlidir? Birdən onun qəlbində Ermənistana sevgi oyanarsa, o, Rusiya Federasiyasının ən yaxşı vətəndaşı ola bilərmi? O, kim olmalıdır: layiqli erməni yoxsa Marqarita Simonyan və ya Karen Şahnazarov kimi “düzgün” rusiyalı?

Çətin sualdır, elə deyilmi?

Ancaq sevindirici haldır ki, tədricən bizim siyasi elitamız “dişlərini” qıcamağa başlayır. Məsələn, dünən Xarici İşlər Nazirliyinin S.Lavrovun açıqlamalarına cavabı.

Smolensk Meydanındakı göydələnin sahibinə “vasitəçilərin hər birinin seçici və birtərəfli qiymətləndirmə verməkdən çəkinməsi vacibdir”, – deyə yumşaq bir şəkildə işarə edildi. Ümid edirəm ki, bu ifadəni diplomatik dildən xalq dilinə çevirməyə ehtiyac yoxdur.

Sevinirəm ki, Ermənistan Rusiyanı maraqları üst-üstə düşməyən bir dövlət kimi tanımağa başlayıb. Kədərləndirici hal odur ki, bu proses hələ çox yavaş və bir qədər qorxaq gedir…”

R.ƏLİYEV

Bir cavab yazın