Sankt-Peterburqda saxlanılan Qarabağ terrorçusu Boris Avakyan Moskvaya aparıldıbackend

Sankt-Peterburqda saxlanılan Qarabağ terrorçusu Boris Avakyan Moskvaya aparıldı

Sankt-Peterburqda saxlanılan Boris Avakyan Moskvaya aparılıb. Bundan qabaq o, “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı məxfi missiya yerinə yetirdiyini bəyan edib və XKX-nə zəng etməyi tələb edib.

KONKRET.az-ın erməni KİV-nə istinadla məlumatına görə, Boris Avakyan Petroqrad vilayətinin polisinə təhvil verildikdən sonra əsl şou başlayıb. Deyilənə görə, “o, çoxdan axtarışdan çıxarıldığını deyib, onu dərhal azad etməsələr, bütün işçiləri işdən çıxarılacaqları ilə hədələyib. O, əl-qol ataraq hər kəsə hücum çəkib”. Xüsusi adamların adını çəkib, onlarla əlaqə saxlamaq istəyib. Nəhayət, o, Xarici Kəşfiyyat Xidməti ilə guya əlaqə saxlayıb və “onlar onun Rusiyaya Ermənistanla Azərbaycan arasındakı müharibəni həll etmək üçün məxfi tapşırıqla gəldiyini təsdiqləməli idilər”.  Avakyan hansısa general Muradovun adını çəkib və onu azad etməsələr, hamının başını kəsəcək”, deyib.

Avakyanın paytaxta əli qandallı aparılıb, beləliklə o, Rusiya Xarici Kəşfiyyat Xidmətinə zəng edə bilməyib.

Xatırladaq ki,Sankt-Peterburqda beynəlxalq axtarışda olan Rusiya Federasiyası Federal Dövlət Qeydiyyatı Xidmətinin keçmiş əməkdaşı, “Arsax Respublikası Fövqəladə Hallar Nazirliyinin keçmiş rəis müavini” Boris Avakyan saxlanılıb. Rusiya Federasiyasında o, qaçaqmalçılıq və 4 milyard rubl ziyana görə axtarışa verilmişdi.

Xuraman Etibarlı, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*