“Santa Barbara” serialında Buts rolu ilə məşhur olan ABŞ aktyoru Nik Benedikt 77 yaşında vəfat edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Cincer bildirib.
Onun sözlərinə görə, aktyorun səhhəti onurğa əməliyyatı zamanı kəskin pisləşib. Bu kəskinləşmə onun ölümlü ilə nəticələnib.
Qeyd olunur ki, iflic olan aktyor xəstəxanaya iyulun 4-də yerləşdirilib.