Sarkisyan Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı: “Ermənistan üçün fantastik imkanlar yaradılıb”backend

Sarkisyan Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı: "Ermənistan üçün fantastik imkanlar yaradılıb"

“Anti-Rusiya sanksiyaları kontekstində Qərbdən Ermənistana təzyiq riski mövcuddur və olmaqda davam edir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan deyib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Ceyms Obrayen bildirib ki, Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan Rusiyaya bütün qadağalardan yan keçməyə kömək edir. ABŞ rəsmisinin dediyinə görə, bu ilin əvvəlində Rusiya, təxminən müharibədən əvvəlki səviyyədə elektronika idxal edə bilib. Söhbət çiplərdən, prosessorlardan və inteqral sxemlərdən gedir.

Ermənistan hökumətinin keçmiş başçısı bu arada belə bir riskin hətta anti-İran sanksiyalarının pik nöqtəsində də mövcud olduğunu xatırladıb. Lakin İran Ermənistanın ən yaxın qonşusudur və sanksiyalara baxmayaraq, onunla heç vaxt iqtisadi əlaqələrini kəsməyib. İqtisadi əməkdaşlığın inkişafı Ermənistanın maraqlarından irəli gəlir.

Eyni şey indi də Rusiya iqtisadiyyatına qoyulan məhdudiyyətlər fonunda belədir:

“Ermənistan mövcud vəziyyətdən maksimum fayda əldə etmək üçün hər şeyi etməlidir”, – deyə Sarkisyan bildirib.

O hesab edir ki, anti-Rusiya sanksiyaları həm risklər, həm də yeni imkanlar yaradır.

“Məsələn, Ermənistan üçün fantastik imkanlar yaradılıb, çünki ölkəyə nəhəng kapital axını var, İT sahəsində yüzlərlə müəssisə yaradılıb. Bu şirkətlərdə Avrasiya məkanı ölkələrinin mütəxəssisləri çalışır, yaradılan məhsullar bu məkan üçün nəzərdə tutulub. Deməli, Ermənistan bundan çox qazanır”, –  deyə Sarkisyan bildirib.

Eyni zamanda, onun fikrincə, Ermənistanın öz maraqlarını müdafiə etdiyini nümayiş etdirərək, sanksiyalar tətbiq edən ölkələrlə münasibətləri saxlamaq lazımdır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*