Şarl Mişel: “Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq”backend

Şarl Mişel: "Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq"

Yaxın iki-üç həftə Rusiya ilə Ukrayna arasındakı münaqişədə həlledici olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “El Mundo” qəzetinə müsahibəsində bildirib.

“Növbəti iki-üç həftə müharibə və sülh üçün həlledici olacaq. 2023-cü ildə nə baş verəcəyi gələn həftələrdən asılıdır”, – o deyib.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri ən qısa zamanda mühüm qərarlar qəbul etməlidirlər.

“Biz Ukraynaya lazım olan tankları indi verməliyik”, – deyə Mişel bildirib.

Qeyd edək ki, yanvarın 18-də Polşa Prezidenti Anjey Duda Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Rusiya ilə Ukrayna arasında münaqişədə kritik məqamın gəldiyini bildirib.

Onun fikrincə, bir neçə həftə və ya ay ərzində Ukraynanın taleyi həll olunacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*