Şarmazanov: “Nikol Türkiyə və NATO-nun tələsinə düşəcək”backend

Şarmazanov: “Nikol Türkiyə və NATO-nun tələsinə düşəcək”

“Nikol Əliyevin bütün tələblərini yerinə yetirib və bu proses davam edir”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb.

O bildirib ki, Nikol və “Mülki müqavilə” yekdilliklə azərbaycanlı olduqlarını bəyan edirlər.

Nikol həmçinin təklif edir ki, Türkiyə Ermənistana Armavir istiqamətində hücum edərək Rusiyaya qarşı yeni cəbhə açsın. Onun komandası sübut etməyə çalışır ki, Türkiyə hücum etsə, Rusiya Federasiyası bizə kömək etməyəcək, türklərə rahat hücum imkanı verəcək.

Bu, Türkiyə və NATO-nun gündəminə xidmət edən qrupdur, onlar üçün Ermənistanın maraqlarının heç bir əhəmiyyəti yoxdur.

Proqram belədir: Azərbaycan və Türkiyənin tələblərini müharibəli və ya müharibəsiz təmin etmək, Ermənistanı Türkiyə və NATO dünyasının bir hissəsi etmək.

Türkiyə və Azərbaycan isə əmin edir ki, Ermənistana təhlükə yaratmaqdan əl çəkəcək və Rusiyanın hərbi bazasına ehtiyac qalmayacaq.

Nikol Türkiyə-NATO tələsinə düşəcək və Qərb, İran, Türkiyə və Rusiya Federasiyasının maraqlarının güclü qarşıdurması şəraitində Ermənistan ərazisini yeni müharibə üçün sınaq meydanına çevirəcək. Onda demədi deməyin ki, Şarmazanov, niyə mənə əvvəldən xəbərdarlıq etmədin?. Sizə xəbərdarlıq edirəm… artıq 6 ildir. Qulağı olan eşitsin, gözü olan görsün.

Ölkə yeni müharibə təhlükəsi ilə üz-üzədir”, – o yazıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*