backend

SAYIQLAMA davam edir: "Stepanakert Mehriban xanımı qəbul etməyə hazırdır"

KONKRET.az erməni mətbuatına istinadən bildirir ki, Ermənistanın Baş Nazirinin həyat yoldaşı Anna Akopyanın dünən səsləndirdiyi dəvətə bu gün qondarma ölkənin başçısının aparat rəisinin müavini David Babayan qoşulub: “Qarabağın heç bir zaman heç bir millətə qarşı kompleksi olmayıb. Bizim qonşu millətə də nifrətimiz yoxdur, çünki biz azərbaycanlılara qarşı döyüşmürük…”

David Babayan mövzunu davam etdirərək bildirib ki, “Ümumiyyətlə, uşaqlara, qadınlara qarşı vuruşmaq, onları sırf milli, irqi, dini mənsubiyyətinə görə öldürmək normal deyil. Normal insanlar belə edə bilməzlər. Buna görə də, Mehriban xanım qonaq və ya Azərbaycanın rəsmi nümayəndəsi olaraq, Azərbaycanla qonşu olan ölkəyə rəsmi bir səfər edərsə, biz istənilən ölkənin istənilən nümayəndəsini və ya qonağını qəbul etməkdən məmnun olarıq. Əgər bizim ölkəmizi tanıdıqdan sonra rəsmi heyətin nümayəndəsi və turist kimi də gələ bilər. Yeri gəlmişkən, Qarabağda turistlər müxtəlif klublara baş çəkə, müxtəlif janrların musiqisini, caz, opera dinləyə bilər və xüsusilə müsəlman dünyasının nümayəndələri üçün, o cümlədən Azərbaycanla münasibətlər düzələndən sonramuğam üslubunda musiqi də səslənə bilər. Bu məsələnin texniki tərəfidir. Turizm şirkətləri qonaqların zövqlərini nəzərə alıb müvafiq xidmət göstərə bilərlər”.

KONKRET.az xatırladır ki, dünən Anna Akopyan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etmişdi və dəvət qəbul olunarsa, Bakıya getməyə hazır olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*