“Səfalət içində yaşayırlar, amma…” – Ermənistandan təzminatı necə ala bilərik?backend

“Səfalət içində yaşayırlar, amma...” - Ermənistandan təzminatı necə ala bilərik?

Azərbaycan tərəfi zaman-zaman Ermənistanın Qarabağda törətdiyi vəhşiliyin qarışılığı olaraq təzminat məsələsini gündəmə gətirib. Tərəflər arasında sülh müqaviləsi üçün real şəraitin yarandığı dövrdə sözügedən məsələ yenidən müzakirə predmentinə çevrilib.

Maraqlıdır, Azərbaycana dəymiş ziyan necə qarşılana bilər və ölkəmiz buna görə hansı addımları atacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Əli Zülfüqaroğlu Ermənistanın Azərbaycana qarşı yeni cəbhə açmaq niyyətində olduğunu qeyd edib:

“Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal etdi və görünməmiş vəhşiliklər törətdi. Gülünc vəziyyətdir ki, dırnaqarası bufer zona adlanan mövqelərdə belə yerləşən abidələr, məzarlıqlar, təbii sərvətlər talan olunub. Bu, vəhşilikdir və Azərbaycanın əlində yetərincə fakt var. Hesablamalara görə, bizə dəymiş ziyan 100 milyard dollardan çoxdur. Göründüyü kimi, onlar havadarlarının dəstəyi ilə sülh müqaviləsini imzalamaqdan qaçırlar. Təbəblərimizi yerinə yetirmirlər. Bizə qarşı yeni cəbhə açmaq niyyətindədirlər. Təbii ki, bütün bunlar ermənilərin əleyhinə olan məqamlardır”.

Ekspert bildirib ki, Ermənistan Azərbaycana vurduğu ziyanın qarşılığını ödəmək iqtidarında deyil:

“Ermənistan lazımi təzminatı ödəmək gücündə deyil. Səfalət içində yaşayırlar. Bunları düşünməyib bizə qarşı yeni iddialar irəli sürürlər. Fakt odur ki, Azərbaycana milyardlarla dollar ziyan vurublar. Azərbaycan Beynəlxalq Cinayyət Məhkəməsi qarşısında iddia qaldıra bilər. Düzdür, xarici təşkilatların təzyiqləri ilə üzləşəyəcəyik. Ancaq dünya siyasəti o həddə çatıb ki, beynəlxalq hüquq işlək mexanizm olmaqdan çıxıb. Təzyiqlər bizim mövqemizə təsir göstərə bilməz”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*