Səfərbərlik elan edilə bilərbackend

Səfərbərlik elan edilə bilər

Rusiya ordusunun Ukraynada cəbhə xəttində itkiləri əvəz etmək üçün kifayət qədər əsgəri yoxdur və bu itkilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri ən yüksək səviyyəyə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg Kremlə və Rusiya Müdafiə Nazirliyinə yaxın üç anonim mənbəyə istinadən yazıb.

BBC qeyd edir ki, vəziyyətlə tanış olan şəxsin sözlərinə görə, bölgə rəsmiləri çağırışçılara ödənişlərin artırılmasına baxmayaraq, orta hesabla çağırış kvotalarının üçdə birindən çoxunu doldura bilmir.

Rus ordusunun Kursk vilayətində Ukrayna qüvvələrinin hücumunu dəf edə və sərhədə nəzarəti ələ keçirə bilməməsi Rusiyada müdafiə ehtiyatlarının olmadığını göstərib.

Bloomberg-in başqa bir mənbəsi deyir ki, yeni səfərbərlik əmri 2024-cü ilin sonunda verilə bilər.

Xatırladaq ki, 21 sentyabr 2022-ci ildə Prezident Vladimir Putin Rusiyada 300 min insanı əhatə edən qismən səfərbərlik elan edib.

Oktyabrın sonunda Putin səfərbərliyin başa çatdığını bildirsə də, müvafiq fərman imzalamayıb.

Günel Mikayılova,

KONKRET.az

  • İlkin
    Avqust 14, 2024 - 18:43

    Salam mən sizin qoşunda könülü xidmət etmək istəyirən müddətdən artıq

    • Basdanxarab
      Avqust 15, 2024 - 02:14

      Məndə qaqa aparan olsa gedərəm

  • ORXAN
    Avqust 15, 2024 - 17:52

    Azərbaycan dan Rusiyaya döyüşməyə gedən şərəfsizi, çünki tarixini bilməyəndi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*