“İsrailin Suriyaya torpaq iddiası yoxdur, müvəqqəti olaraq sərhəd bufer zonasında yerləşir”.
KONKRET.az xəbər verir ki, bunu TASS-a müsahibəsində İsrailin Moskvadakı səfiri Simona Qalperin deyib.
Diplomata İsrail tərəfinin Suriya ilə sərhəddə son ərazi irəliləyişlərindən əl çəkməyə hazır olub olmaması barədə sual verilib.
“İsrailin Suriya ərazisində heç bir ərazi ambisiyası yoxdur. Bunu başa düşmək vacibdir və buradan başlamalıyıq” – Galperin cavab verib.
“Hadisələrin əvvəlində islamçılar, cihadçılar bufer zonaya və BMT postlarına hücum etdiyi anda İsrail təhlükəsizliyi təmin etmək üçün ora daxil olub. İsrail bu bufer zonada yerləşir. Anlamaq lazımdır ki, biz çox məhdud bir ərazidəyik, müvəqqəti olaraq oradayıq. Yalnız təhlükəsizliyi təmin etmək üçün oradayıq” – o, əlavə edib.