Şəhərin adını Stalinqrad edəcəklərbackend

Şəhərin adını Stalinqrad edəcəklər

Volqoqrad şəhərinin əsas magistrallarının gediş-gəliş hissələrinə “Stalinqrad” yazılı yol göstəriciləri yerləşdirilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “RIA Novosti” yayıb.

Məlumata görə, yazılar müvəqqəti olaraq 83-cü ildönümünə – Stalinqrad döyüşündəki əks-hücuma (19 noyabr) həsr olunmuş aksiyaya uyğun quraşdırılıb.

Qeyd olunur ki, Volqoqrad ilin müəyyən günlərində bir neçə dəfə “Stalinqrad” adı ilə geri çağırılır. Belə günlərə 19 noyabrla yanaşı 2 və 23 fevral, 8 və 9 may, 22 iyun, 23 avqust, 2 və 3 sentyabr, habelə 9 dekabr daxildir. Bu ənənə 2022-ci ildə başlanıb. 2026-cı ildə isə Rusiyada bir neçə yeni yol nişanlarının yerləşdirilməsi planlaşdırılır.

Onu da bildirək ki, ötən ildən başlayaraq Rusiyada Volqoqrad şəhərinin adının Stalinqrad olması ilə bağlı bir sıra çağırışlar irəli sürülüb. Həmçinin bu ilin əvvəlində Volqoqrad Beynəlxalq Hava Limanının adı da Stalinqrad Beynəlxalq Hava Limanı olaraq dəyişdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*