Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki obyektdə (“Əcəmi Mall”da) aparılan qanunsuz artırma işləri ilə bağlı yeni məlumat yayılıb.
KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məsələyə yenidən müdaxilə etmək məcburiyyətində qalıb.
Komitədən bildirilib ki, ötən gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki obyektdə razılaşdırılmadan artırma işləri faktı aşkar edilib və tikinti işlərinin dayandırılması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı iş icraçısına və aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verilib. Lakin Baş İdarənin məlumatına baxmayaraq, qanunsuz işlər davam etdirilib. Bu səbəbdən oktyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətinə Baş İdarə tərəfindən ciddi xəbərdarlıq olunub və tikinti işləri dayandırılaraq sökülməsi təmin edilib.