“Bunu hələ iki il əvvəl demişdim: Mən Xankəndidə yaşamaq istəyirəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri Vətən müharibəmizin şəhidi Xalid Hassanın anası Maya Quliyeva Xankəndi yolunda keçirilən mitinq zamanı verdiyi müsahibədə deyib.
O bildirib ki, həmçinin birinci Qarabağ müharibəsinin veteranı olan anası, döyüşçü Şamama Quliyevanın da arzusu Xankəndidə yaşamaqdır.
– Hətta bilsəm ki, mənim oğlum Xankəndidə yaşayan qonşumun atdığı güllədən, yaxud mərmidən şəhid olub, mən yenə də onunla qonşu olaraq yaşamağa hazıram! – Şəhid Anası deyib.
Qeyd edək ki, Maya xanım Xankəndi yolunda keçirilən etirazlara könüllü şəkildə qatılıb.