Şəhid əsgərimiz torpağa tapşırıldı – FOTO – YENİLƏNİBbackend

Şəhid əsgərimiz torpağa tapşırıldı - FOTO - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlu dəfn edilib.

Əsgər Q.Kərimli doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

***

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlunun cənazəsi doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbəsinə gətirilib.

KONKRET.az xəbər verir ki, əsgər Q.Kərimli ilə vida mərasimi keçirilir.

Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Vida mərasimindən sonra o, qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Q.Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. O, Azərbaycanın işğal altındakı torpaqlarını düşmən tapdağından azad etmək üçün 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Noyabrın 2-də onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. Q.Kərimli Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 18-də imzaladığı sərəncam ilə əsgər Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*