Şəhid olan hərbçilərimizin doğum və qeydiyyat yerləri – SİYAHIbackend

Şəhid olan hərbçilərimizin doğum və qeydiyyat yerləri - SİYAHI

Bu gün helikopterin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları keçirərkən qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, qəzada həlak olan DSX hərbçilərinin doğum və qeydiyyat yerləri barədə məlumatlar yayılıb.

 

Polkovnik, 1966-cı il təvəllüdlü Füzuli Əliibram oğlu Cavadov Bakı sakinidir, Xəzər rayonun Zirə qəsəbəsində yaşayır.

Polkovnik -leytenant, 1969 -cu il təvəllüdlü Emil Nəzər oğlu Nəzirov Lənkəranda doğulub, Bakının Xətai rayonunda yaşayıb.

Mayor, 1988-ci il təvəllüdlü Elmir Mircəlil oğlu Həsənov Cəlilabadda doğulub, Bakının Abşeron rayonunun Xırdalan qəsəbəsində yaşayıb.

Mayor, 1979 -cu il təvəllüdlü Elbrus Şəmrəddin oğlu Əhmədov Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub.

Mayor, 1987-ci il təvəllüdlü Emil Mayılov Ağdaşda doğulub, Bakının Qaradağ rayonunda yaşayıb.

Tibb xidməti kapitanı, 1988 -ci il təvəllüdlü Ceyhun Xanlar oğlu Əhmədxanov Bakı şakinidir. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayıb.

Kapitan, 1994-cü il təvəllüdlü Cavid Əhliman oğlu Bayramlı Naxçıvan Muxtar Republikasının Şahbuz rayonunda doğulub. Qaradağ rayonunun Səngəçal qəsəbəsində yaşayıb.

Kapitan, 1990-cı il təvəllüdlü Xəyyam Əlixan oğlu Əliyev Bakı sakinid ir.Suraxanı rayonunda yaşayır.

Kapitan, 1983-cü il təvəllüdlü Teymur Ənvər oğlu Qaraisayev Qərbi azərbaycanlıdır. Ermənistan Respublikasının Kalinino rayonunda doğulub. Bakının Nizami rayonunda yaşayıb.

Leytenant, 1999 -cu il təvəllüdlü Abdulla Telman oğlu Süleymanov Bakı sakinidir. Cəbrayıl rayonunun Çərəkən kəndində qeydiyyatdadır.

Baş leytenant, 1996-cı il təvəllüdlü, Fərid Təyyar oğlu Nağıyev Beyləqan rayonunun Şərq qəsəbəsində doğulub./bizim.media/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*