Şəhidimiz Xaçmazda torpağa tapşırıldı – FOTOLARbackend

Şəhidimiz Xaçmazda torpağa tapşırıldı - FOTOLAR

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri İkram Məmmədov dəfn edilib.

KONKRET.az xəbər verir ki, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlunun nəşi Xaçmaz rayonuna gətirilib. Şəhid doğulduğu Çiləgir kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib./oxu.az/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*