“Səhifəmdə yalnız pozitiv insanlar qalacaq”backend

“Səhifəmdə yalnız pozitiv insanlar qalacaq”

Əməkdar artist Bəhram Bağırzadə ona tənqid yazan izləyicilərinə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, aktyor mənfi şərh yazanları “qara siyahı”ya atacağını bildirib.

“Dostlar, mənim səhifəmdə yalnız pozitiv insanlar qalacaq. Əgər sən pozitivsənsə – xoş gəldin, qal, paylaş, gül, sev! Amma kim ki, mənfi enerji gətirir, kobud danışır və ya pis sözlər yazır – elə həmin an səhifədən uzaqlaşdırılacaq. Burada yalnız işıq, sevgi və yaxşı niyyətlər üçün yer var” deyə, B.Bağırzadə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*