Səhifəsi oğurlanan Nazəninin prodüseri: “Bu insan kimdirsə, eyni…”backend

Səhifəsi oğurlanan Nazəninin prodüseri: "Bu insan kimdirsə, eyni..."

Xəbər verdiyimiz kimi, müğənni Nazənin Salayevanın 1,1 milyonluq instaqram səhifəsi xakerlər tərəfindən oğurlanıb.

KONKRET.az xəbər verir kii,ifaçının prodüseri Pərviz Fəqan açıqlamasında deyib:

“Nazənin xanım Bakıda deyil. Səhifəni oğurlayanların kim olduğu bilinmir. Səhifənin qanuni yolla qaytarılması üçün müraciət etmişik. İnşallah, qaytarılar. Səhifə realdır, orada saxta izləyicilər yoxdur. Aygün Kazımova və bir neçə məşhurun səhifəsi də bir müddət əvvəl oğurlanmışdı”.

Prodüser “İnstaqramı oğurlayan şəxs Nazənin xanımın səhifəsində hesabın oğurlanması üçün 7000 dollar təklif edildiyini bildirib. Necə düşünürsünüz, bu kiminsə tərəfindən sifariş ola bilərmi” sualına isə “Aygün Kazımovanın da səhifəsi oğurlandıqda bu sözlər qeyd edilmişdi. Bu insan kimdirsə, standart fikirləri qeyd edir”, – deyə cavab verib.

Qeyd edək ki, ifaçının səhifəsində rus dilində bu sözlər yazılıb: “Bu hesabın oğurlanması üçün 7000 dollar (təxminən 12 min manat) təklif etdilər və biz qəbul etdik. Videogörüntülər bu işi etməyə bizi məcbur eledi. Amma pulumu ala bilmədim. Əgər pul 1 saat ərzində gəlməsə, bunu sifariş edəni paylaşacam”./ Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*