Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
KONKRET.AZ xəbər verir ki, bu barədə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, xəstələr lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.