Səidə Bəkirqızı cəzadan sonra “Space”dən də getdibackend

Səidə Bəkirqızı cəzadan sonra “Space”dən də getdi

Son günlər məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı sentyabrın 8-də işə başladığı “Space TV”dən də ayrılıb.

KONKRET.az xəbər verir ki, S.Bəkirqızının kanalda yayımlanan “Xəbərin izində” proqramının yayımı dayandırılıb və o, kanaldan öz istəyi ilə ayrılıb.

S.Bəkirqızı məlumatı “Manset.az”a təsdiqləyib.

Xatırladaq ki, bu gün Audiovizual Şura Səidə Bəkirqızının “Space TV”də aparıcısı olduğu efirdə səsləndirdiyi şərhlərə görə kanalın yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, S.Bəkirqızı bundan əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*