Səidə: “Mən də onu son mənzilə tacla yola salacam” – VİDEObackend

Səidə: “Mən də onu son mənzilə tacla yola salacam” - VİDEO

Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova Əməkdar artist Elza Seyidcahanın atası ilə bağlı açıqlamalarına münasibət bildirib.

KONKRET.az Olay-a istinadla xəbər verir ki, o, atası ilə bağlı verilişin Elzanın evində çəkilməsi iddiasının yalan olduğunu bildirib:

“Atam proqrama çəkilmək istəməyəndə “yox” deyirdi. Qardaşımın evində çəkilişlər olurdu. Onun evinə nə gəlmişdi ki?”

S. Dadaşova həm də Seyidcahanın atasının dəfninə tacla gəlməsindən danışıb:

“Elza xanımının, musiqilərini, əsərlərini də sevirəm, bu gün ölümlü-itimli dünyadır. O da taclara layiq insandır. Onu son mənzilə yola salanda mən də gözəl bri tacla gedəcəm. Ola bilər ki, o, məni yola salsın. O demək deyil ki, atamın adı onu tacı ilə səslənir. Bu, ayıbdır. Mənim atam ürəklərdə yaşayır. Yazılsa, nə fayda , yazılmasa nə fayda”.

Xatırladaq ki, E. Seyidcahan bir müddət əvvəl bildirmişdi ki, R. Dadaşov sağlığında ondan evində veriliş çəkilişinin edilməsini xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*