Şəkərli diabet xəstələrinə ŞAD XƏBƏR: Bütün xərcləri dövlət ödəyəcəkbackend

Şəkərli diabet xəstələrinə ŞAD XƏBƏR: Bütün xərcləri dövlət ödəyəcək

Şəkərli diabet xəstələrinin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi bundan sonra icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçiriləcək. Bəs, bu dəyişiklik hazırda qüvvədə olan dövlət büdcəsi ilə maliyyələşmə modelindən nə ilə fərqlənir?

Həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik xəstələr üçün böyük rahatlıq yaradacaq:

Tibb təhsilinin müddəti ilə bağlı VACİB AÇIQLAMA: Azaldılacaq? | KONKRET

“Ümumiyyətlə, şəkərli diabetlə və onun müalicəsi ilə bağlı dünya təcrübəsində güzəştlər həmişə mövcud olub. Sadəcə, bunu daha da asanlaşdırmaq və dəstək olmaq məqsədilə artıq müalicə üçün icbari tibbi sığorta vəsaiti ayrılır. Əvvəl qismən maliyyələşdirilirdisə, indi tam şəkildə təmin ediləcək”.

Beləliklə, icbari tibbi sığortanın tətbiqi ilə xəstələr artıq dərman, müayinə və müalicə xərclərini dövlət büdcəsindən qismən deyil, tam maliyyələşdirilən sistem çərçivəsində əldə edəcəklər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*