Şəkidə 11 gün əvvəl yol qəzasında xəsarət alan qadın xəstəxanada öldübackend

Şəkidə 11 gün əvvəl yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü

Şəkidə 11 gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, oktyabrın 7-də Şəki rayonunun Qırxbulaq kəndi ərazisində Rəşid Fətəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə qəza törədib.

Avtomobildəki sərnişin, 27 yaşlı Leyla Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq o, dünən Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*