Şəkidə iki avtomobil toqquşdu, biri çaya düşdü – Xəsarət alan varbackend

Şəkidə iki avtomobil toqquşdu, biri çaya düşdü - Xəsarət alan var

Şəkidə iki avtomobil toqquşub, onlardan biri çaya düşüb.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, “Wolskvagen Bora” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.

Daha sonra “Wolskvagen Bora” markalı maşın Qurucana çayına düşüb.

Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Vüqar Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*