Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar varbackend

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə yol qəzası olub.

KONKRET.az APA-nın Şimal-qərb bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini Rəhman Mustafayevin idarə etdiyi “Changan” markalı minik avtomobili ilə rayonun Böyük Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

“Changan”ın sürücüsü R. Mustafayev və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*