Şəkidə minik avtomobilləri toqquşdu, xəsarət alanlar varbackend

Şəkidə minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə axşam saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.

1967-ci il təvəllüdlü Eldar Əfsər oğlu Umarova məxsus “Ford” markalı 90-SZ-288 dövlət qeydiyyat nişanlı minik avtomobillə 1992-ci il təvəllüdlü Bəxtiyar Elşad oğlu Rəhimliyə məxsus “Toyota” markalı 77-MO-427 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bir nəfər sərnişin (cinsi kişi) “Toyota” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sərnişin hadisə yerinə cəlb edilmiş Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Qəza zamanı müxtəlif dərəcəli xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*