backend

Şəkidə piyadanı vurub qaçan sürücünün məhkəməsi başlayır

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyyam Yusubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

KONKRET.az-ın məlumatına görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində yolu keçən piyada Vüqar Süleymanov müəyyən edilməyən avtomobillə vurulub o, aldığı xəsarətlərdən ölüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*