Şəkidə yol qəzası olub, xəsarət alanlar var.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Baş Göynük kəndində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca dəyib.
Nəticədə sürücü 1991-ci il təvəllüdlü Nöbərov Taleh Mustafa oğlu, sərnişinlər 1995-ci il təvəllüdlü Hacıəliyev Asim Bəxtiyar oğlu və 1990-cı il təvəllüdlü Ağasıyev Elzamin Qüdrət oğlu xəsarət alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.