Səlahəddin Əyyubi KÜRDDÜR, yoxsa TÜRK? – XIII əsrdən CAVABbackend

Səlahəddin Əyyubi KÜRDDÜR, yoxsa TÜRK? - XIII əsrdən CAVAB

Son dövrlər Türkiyə mediasında Səlahəddin Əyyubinin kürd olması ilə bağlı xəbərlər yayılır. Nə olsun, bizə də “azəri” deyirlər. II Qarabağ savaşından sonra azərbaycanlılara düzgün müraciətə keçməyə başlayıblar. Ya da başlamaq istəyirlər.

KONKRET.az xristian XII əsrdə səlib yürüşləri, xristian hegemonluğunu qarşısında diz çökdürən Səlahəddin Əyyubi haqqında vikipediya və araşdırmaların müqayisəsini aparıb.

Əl-Kürdi?

İnternetdə onun adının sonu belə tamamlanır və bu informasiya bəzi rus-türk araşdırmalarında təsdiqlənir. Azərbaycan oxucusuna az da olsa, məlum olan və bu versiyanı təkzib edən mənbə Əbülfəz Elçibəyin Qahirə Universitetinin tələbələrindən biri ilə dialoqdur. Misirli tələbə Elçibəyin Azərbaycandan olduğunu biləndə “siz Səlahəddin Əyyubinin vətənindənsiz” söyləyib. Sözlərinə sübut kimi əsər təqdim edən tələbə Avropada Saladin adı ilə tanınan Əyyubinin Qüdslə yanaşı, bütün Fələstin və Suriyada Xaçlıları darmadağın etdiyini bildirib. Həmin kitabda Səlahəddin Əyyubinin tarixi söhbəti də yer alıb:

– Deyirlər ki; Siz kürdsünüz. Bu, doğrudurmu?

Sultan:

– Xeyr! Biz Azerbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq.

Əyyubi Azərbaycan türküdür!

Bundan başqa, tanınmış görkəmli alim İbn Hellikanın “Görkəmli adamların ölüm tarixi” (vefayat əl-ayan) əsərində yazılır:

“Şirkuh demişdir ki, bizim nesebimiz (soykökümüz) Göy Böri (boz qurd / göy qurd)-dir!”.

Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş bir şəkildə yayılmış Göy boru, Qara boru, Boz boru tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxıb.

Onun kürd iddiaları ərəb əlifbası ilə yazılan orta əsr əsərlərində qurd və kürd sözlərinin yazılışındakı oxşarlıqdır. Bənzər polemika Azərbaycan şairi Nizami Gəncəvi ilə də bağlı olub. Belə ki, Nizami əsərlərinin birində «mənim qurd tinətli anam» yazıb deyə tədqiqatçılar bunu «mənim kürd əsilli anam» olaraq oxuyub, səhv təqdim ediblər. (O vaxt ərəbcə qurd sözü ilə kürd eyni şəkildə yazılardı).

Səlahəddin Əyyubinin azərbaycanlı olmasına aid digər qədim dəlil XII-XIII əsrlərdə yaşamış ərəb şairi İbn Sənaülmülkün bu beytidir:

“Bi dovlət-it-Turki əzzət millətul Arab,

Va bi ibni Əyyub zəllət şiətus sulub”

Tərcüməsi:

Türk dövləti ilə ərəb milləti izzətləndi,

Əyyuboğlu əlində səlibçilər zəlil oldu.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*