Şəmkirdə ağır qəza: ölən varbackend

Şəmkirdə ağır qəza: ölən var

Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə Şiştəpə kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Anar Atakişizadənin idarə etdiyi KİA markalı avtomobilinin aşması nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev aldığı xəsarətdən ölüb.

Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, onun həmyaşıdı Cəmil İbadullayev müxtəlif xəsarətlər alıb və Şəmkir Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*