Şəmkirdə bıçaqlanma baş verib. Hadisə “Komsomol” parkının qarşısında qeydə alınıb.
KONKRET.az xəbər verir ki, rayon sakini Rəhimov Ədalət və onun 14 yaşlı oğlu Rəhimov Murad bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.