Şəmkirdə avtomobil dərəyə aşdı, xəsarət alanlar varbackend

Şəmkirdə avtomobil dərəyə aşdı, xəsarət alanlar var

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Sərxan kənd ərazisində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 1979-cu il təvəllüdlü E.Süleymanov, 1972-ci il təvəllüdlü G.Yulçuyev, 1971-ci il təvəllüdlü Z.Məmmədov, 1991-ci il təvəllüdlü O.Məmmədov və 1983-cü il təvəllüdlü N.Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*