Şəmkirdə bıçaqlanma hadisəsi olub.
KONKRET.az-ın məlumatına görə, rayonun Qaracəmirli kənd sakinləri – iki qardaş, 41 yaşlı Eldar və 38 yaşlı Vasif Həsənov qardaşları bıçaqlanıblar. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Qardaşların hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.