Şəmkirdə qəza olub.
KONKRET.az-ın “Unikal”a istinadən məlumatına görə, hadisə rayonun Sərxan kəndi əzazisində qeydə alınıb. Belə ki hərəkətdə olan ” Mitsubishi”markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.